"Neftçi" klubu legioneri üçün iki dəfə bilet alıb-qaytarmalı olub

"Neftçi" klubu legioneri üçün iki dəfə bilet alıb-qaytarmalı olub "Neftçi"nin nigeriyalı fubolçusu Yusuf Laval sabah Bakıya gəlməlidir.
Futbol
14 Yanvar , 2021 13:51
Neftçi klubu legioneri üçün iki dəfə bilet alıb-qaytarmalı olub
Yusuf Laval

"Neftçi"nin nigeriyalı fubolçusu Yusuf Laval Bakıya yanvarın 15-də qayıtmalıdır.

Bu barədə "Report"a klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Paytaxt təmsilçisinin rəsmisi bildirib ki, hazırda ölkəsində olan 23 yaşlı yarımmüdafiəçi pasport probleminə görə gecikib: "Lavalın sənədinin vaxtı bitmişdi. Afrika ölkələrində pasportu yeniləmək çox çətin məsələdir. Əslində biz onu daha əvvəl buna görə Ankaraya göndərmişdik. Sadəcə, həmin vaxt alınmamışdı. Düşündük ki, pasportunu ölkəsinə gedəndə dəyişər. Amma proses uzandı. İki dəfə bilet alıb qaytarmışıq. Bu gün üçüncü dəfə bilet alınacaq".

Qeyd edək ki, hazırda Yusuf Lavaldan başqa bütün legionerlər "Neftçi"nin təlim-məşq toplanışında iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi