"Neftçi" – "Rapid": Biletlər "Bakcell Arena"nın kassalarında satışa çıxarılıb
Futbol
- 01 avqust, 2022
- 11:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi"nin Bakıda Avstriyanın "Rapid" (Vyana) klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun biletləri “Bakcell Arena” stadionunun kassalarında satışa çıxarılıb.
Paytaxt təmsilçisindən "Report"a verilən məlumata görə, biletlərin qiyməti 2 AZN (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 AZN (3B) və 10 AZN (VİP, 3A) təşkil edir.
Biletlərin satışı “Iticket.az”ın məntəqələrində, həmçinin onlayn şəkildə də davam edir. İndiyədək təqribən 2 200 bilet satılıb.
Qeyd edək ki, avqustun 4-də "Bakcell Arena"da baş tutacaq "Neftçi" - "Rapid" matçı saat 21:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 11-də Vyanada olacaq.
Son xəbərlər
20:40
Bakıda Azərbaycan və Niderland arasında əməkdaşlıq üzrə "Yol xəritəsi"nin icrası müzakirə edilib
Digər ölkələr
20:38
Foto
Qubada "Cyber Camp" düşərgəsinə start verilib
Daxili siyasət
20:25
Pakistan və Türkiyə Səudiyyə Ərəbistanının müdafiəsinə yardım etməyə hazır olduqlarını təsdiqləyib
Digər ölkələr
20:19
İspaniya məhkəməsi "Valensiya"nın sabiq futbolçusunun həbs cəzasını 7 ilə endirib
Futbol
20:19
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb
Region
20:02
İran səfiri Küveyt XİN-ə çağırılıb
Digər ölkələr
19:53
Bastoni zədə səbəbindən 1 aya yaxın komandasına kömək edə bilməyəcək
Futbol
19:47
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
Energetika
19:39
Ukrayna Tulada kauçuk zavoduna zərbə endirib
Digər ölkələr