"Neftçi" - "Qarabağ": Üçü oynamayacaq, ikisinin durumu bəlli deyil

"Neftçi" - "Qarabağ": Üçü oynamayacaq, ikisinin durumu bəlli deyil "Qarabağ" komandası "Neftçi"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının III oyununa itkilərlə çıxacaq.
Futbol
9 Sentyabr , 2021 12:21
Neftçi - Qarabağ: Üçü oynamayacaq, ikisinin durumu bəlli deyil

"Qarabağ" komandası "Neftçi"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının III oyununa itkilərlə çıxacaq.

Ağdam klubunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "köhlən atlar"ın heyətində zədəli futbolçular Bədavi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyev qarşılaşmanı buraxaq.

Azərbaycan millisinin düşərgəsində sıradan çıxan kapitan Maksim Medvedevin oynayıb-oynamayacağı bəlli deyil.

"Neftçi"də isə zədəli Mert Çelikin durumu gün ərzində bəlli olacaq.

Qeyd edək ki, sentyabrın 12-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi