"Neftçi" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

"Neftçi" - "Qarabağ" matçının hakimləri müəyyənləşib Əliyar Ağayevlə Rəhim Həsənov Ömər Paşayevə kömək edəcəklər
Futbol
25 Noyabr , 2015 16:10
Neftçi - Qarabağ matçının hakimləri müəyyənləşib

Bakı. 25 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun hakimləri açıqlanıb. "Report"un məlumatına görə, "Neftçi" ilə "Qarabağ" arasında keçiriləcək mərkəzi oyuna gənc referi Ömər Paşayev təyinat alıb.

FİFA referiləri Əliyar Ağayevlə Rəhim Həsənov isə bu matçda əlavə köməkçi hakim funksiyalarını yerinə yetirəcək. Ağayevlə Həsənov həm də müvafiq olaraq, AZAL - "Sumqayıt" və "Kəpəz" - "İnter" matçlarında baş hakim kimi çalışacaqlar. Daha bir beynəlxalq dərəcəli baş hakim Orxan Məmmədov "Zirə" - "Xəzər Lənkəran" oyununda fit çalacaq. "Qəbələ" ilə "Rəvan" arasında oynanılacaq turun son qarşılaşmasında isə Rauf Cabbarovun briqadası iş başında olacaq.

27 noyabr (cümə)

14:00. “Kəpəz” (Gəncə) – “İnter” (Bakı)

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Nahid Əliyev, Ziya Nəsirov

Gəncə şəhər stadionu

28 noyabr (şənbə)

14:30. AZAL (Bakı) – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov

Bakı, "AZAL Arena"

16:30. “Zirə” (Bakı) – “Xəzər Lənkəran”

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

Bakı, Zirə İdman Kompleksinin stadionu

29 noyabr (bazar)

17:00. “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam)

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov

Bakı, “Bakcell Arena”

30 noyabr (bazar ertəsi)

17:00. “Qəbələ” – “Rəvan” (Bakı)

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu

Qeyd edək ki, bütün oyunlar "CBC Sport" kanalı ilə canlı yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi