Bakı. 25 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun hakimləri açıqlanıb. "Report"un məlumatına görə, "Neftçi" ilə "Qarabağ" arasında keçiriləcək mərkəzi oyuna gənc referi Ömər Paşayev təyinat alıb.
FİFA referiləri Əliyar Ağayevlə Rəhim Həsənov isə bu matçda əlavə köməkçi hakim funksiyalarını yerinə yetirəcək. Ağayevlə Həsənov həm də müvafiq olaraq, AZAL - "Sumqayıt" və "Kəpəz" - "İnter" matçlarında baş hakim kimi çalışacaqlar. Daha bir beynəlxalq dərəcəli baş hakim Orxan Məmmədov "Zirə" - "Xəzər Lənkəran" oyununda fit çalacaq. "Qəbələ" ilə "Rəvan" arasında oynanılacaq turun son qarşılaşmasında isə Rauf Cabbarovun briqadası iş başında olacaq.
27 noyabr (cümə)
14:00. “Kəpəz” (Gəncə) – “İnter” (Bakı)
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Nahid Əliyev, Ziya Nəsirov
Gəncə şəhər stadionu
28 noyabr (şənbə)
14:30. AZAL (Bakı) – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
Bakı, "AZAL Arena"
16:30. “Zirə” (Bakı) – “Xəzər Lənkəran”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
Bakı, Zirə İdman Kompleksinin stadionu
29 noyabr (bazar)
17:00. “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
Bakı, “Bakcell Arena”
30 noyabr (bazar ertəsi)
17:00. “Qəbələ” – “Rəvan” (Bakı)
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
Qeyd edək ki, bütün oyunlar "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.