UEFA "Neftçi" və Türkiyənin "Qalatasaray" komandaları arasındakı Avropa Liqasının II təsnifat mərhələsinin oyununun məhdud sayda azarkeşin iştirakı ilə keçirilmə ehtimalına münasibətini açıqlayıb.
Bu barədə Avropa futbol qurumu "Report"un sorğusuna cavab olaraq bildirib.
Qurum İcraiyyə Komitəsinin avrokubok oyunlarının gələcək məlumatlandırmayadək qapalı şəraitdə təşkil olunacağına dair qərar çıxardığını xatırladıb.
UEFA Macarıstanın paytaxtı Budapeştdə sentyabrın 24-də məhdud sayda azarkeşin iştirakı ilə Almaniya "Bavariya"sı ilə İspaniya "Sevilya"sı arasında oynanılacaq UEFA Super Kuboku qarşılaşmasının sınaq xarakteri daşıyacağını əlavə edib.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.