"Neftçi"nin yeni titul sponsoru SOCAR olacaq
Futbol
- 15 iyun, 2023
- 16:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi"nin yeni titul sponsoru SOCAR olacaq.
"Report"un məlumatına görə, bu barədə klub sosial şəbəkə hesabından xəbər yayıb.
Bildirilib ki, 2023/2024-cü illər mövsümündə “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni titul sponsoru ölkənin qlobal brendi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olacaq. Müqaviləyə əsasən, əsas və əvəzedici komandaların oyun və məşq formalarının ön hissəsində klubun baş sponsorunun loqosu əks olunacaq.
Qeyd edək ki, 2018-ci ildə “Neftçi” ilə sponsorluq müqaviləsi imzalayan, 2019/2020-ci illər mövsümündən komandanın titul sponsoru olan Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə əməkdaşlıq müqaviləsinin müddəti artıq başa çatıb.
Son xəbərlər
17:18
Foto
Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb
Hərbi
17:12
Rahim Sterlinq 12 ay müddətinə şərti azadlıqdan məhrum edilib
Futbol
17:12
Aİ texnologiyaların maliyyələşdirilməsi üçün 50 milyard avroluq fond yaradır
İKT
17:04
Foto
AMB Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyası ilə təcrübə mübadiləsi apara bilər
Maliyyə
17:02
Moldova XİN: Rusiya səfirinin ölkədən çıxarılması təhlükəsizlik problemlərini həll etməyəcək
Digər ölkələr
16:53
UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub
Futbol
16:52
Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava - Yenilənib
Ekologiya
16:44
Nazir: Sosial ödənişlərdə artım dinamikası gələn il də davam edəcək
Sosial müdafiə
16:43
Video
Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub
Hadisə