"Neftçi"nin yeni baş məşqçisi bəlli olub
Futbol
- 17 iyun, 2022
- 10:52
"Neftçi" klubunun yeni baş məşqçisi bəlli olub.
"Report"un əldə etdiyi məlumata görə, komanda türkiyəli mütəxəssis Ertuğrul Sağlama tapşırılıb.
53 yaşlı baş məşqçi ilə danışıqlar müsbət yekunlaşıb və o, paytaxt təmsilçisinin sükanı arxasına keçməyə razılıq verib. Sağlam tezliklə Bakıya gələrək, rəsmi müqaviləyə imza atacaq.
Təcrübəli mütəxəssis bu vəzifədə ötən mövsümün sonunda müqaviləsi başa çatan Samir Abasovu əvəzləyəcək.
Qeyd edək ki, Ertuğrul Sağlamın son olaraq İranın "Traktor" klubuna başçılıq edib. O, ölkəsində "Samsunspor", "Kayserispor", "Beşiktaş", "Bursaspor", "Eskişehirspor" və "Yeni Malatyaspor"un da baş məşqçisi olub. Sağlam 2009/2010 mövsümündə Bursa təmsilçisi ilə Türkiyə Super Liqasında çempionluq sevinci də yaşayıb.
Son xəbərlər
08:00
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
Daxili siyasət07:35
Rusiyada neft emalı zavoduna PUA hücumu yanğına səbəb olub
Region07:07
Qvineyanın hazırkı dövlət başçısı prezident seçkilərində qalib gəlib
Digər ölkələr06:27
XİN-dən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik
Xarici siyasət06:09
Çin raketi kosmik hədəfləri aşkarlamaq üçün peykləri orbitə buraxıb
Digər ölkələr05:46
Netanyahu: İran ballistik raket istehsalını bərpa edir
Digər ölkələr05:22
İspaniya IFAB-da futbolun ofsayd qaydalarını dəyişdirmək planlarını açıqlayıb
Futbol04:52
Foto
Video
Peruda qatarların toqquşması nəticəsində bir maşinist ölüb, onlarla insan yaralanıb
Digər ölkələr04:16