"Neftçi"nin sabiq futbolçusu Rumıniyada klubunu dəyişdi

"Neftçi"nin sabiq futbolçusu Rumıniyada klubunu dəyişdi "Neftçi" klubunun sabiq futbolçusu Derlis Meza Kollinin yeni klubu müəyyənləşib.
Futbol
15 Avqust , 2020 11:00
Neftçinin sabiq futbolçusu Rumıniyada klubunu dəyişdi

"Neftçi"nin sabiq futbolçusu Derlis Meza Kollinin yeni klubu müəyyənləşib. 

"Report"un məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Rumıniyanın əsas liqasına vəsiqə qazanan "Arceş"ə keçib. 

Paraqvaylı oyunçu ilə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Derlis Meza Kolli son olaraq Rumıniyanın "Petrolul" klubunun formasını geyinib. 2017/2018 mövsümündə "Neftçi"də çıxış etmiş yarımmüdafiəçi Azərbaycanda "İnter" (hazırkı "Keşlə") və "Qəbələ"nin də şərəfini qoruyub. O, "Keşlə"nin futbolçusu Sezar Meza Kollinin qardaşıdır. 

Son xəbərlər

Orphus sistemi