"Neftçi"nin rəqibi iştirak ərizəsini UEFA-ya təqdim edib - SİYAHI

"Neftçi"nin rəqibi iştirak ərizəsini UEFA-ya təqdim edib - SİYAHI "Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Finlandiya HİK-i iştirak ərizəsini UEFA-ya göndərib.
Futbol
2 Avqust , 2021 13:52
Neftçinin rəqibi iştirak ərizəsini UEFA-ya təqdim edib - SİYAHI

"Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Finlandiya HİK-i iştirak ərizəsini UEFA-ya göndərib.

"Report"un məlumatına görə, Helsinki təmsilçisi "ağ-qaralar"la oyunlara 22 futbolçu sifariş edib. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 5-i yarımmüdafiəçi, 6-sı hücumçudur. HIK-in heyətində cəmi 8 legioner yer alıb.

Qapıçılar: Yakob Tonnander (İsveç), Hüqo Keto, Matias Niemela

Müdafiəçilər: Yanne Saksela, Markus Halsti, Deniel O Şonessi, Luis Karlos Murilyo (Kolumbiya), Miro Tenho, Valtteri Moren, Dilan Marneyn (İtaliya), Kevin-Kuassivi Benisson

Yarımmüdafiəçilər: Jair (Braziliya), Lukas Linqman, Sebastyan Dalström, Tim Sparv, Devid Braun (Papua Yeni Qvineya)

Hücumçular: Luis Enrike (İtaliya), Riku Riski, Roope Riski, Filip Valençiç (Sloveniya), Entoni Olusanya, Atomu Tanaka (Yaponiya)

Qeyd edək ki, "Neftçi" və HİK arasında ilk oyun avqustun 3-də Bakıda, cavab görüşü isə avqustun 12-də Helsinkidə olacaq.

Son xəbərlər

Orphus sistemi