Bakı. 13 dekabr. REPORT.AZ/ Almaniyanın "Ayntraxt" klubu "Neftçi" komandasının qapıçısı Emil Balayevlə müqavilə imzalayıb. "Report"un məlumatına görə, Balayev Frankfurt komandasının düşərgəsində baxışdan uğurla keçib.
Ötən gün Bakıya qayıdan 20 yaşlı qolkiper gələn ay "Ayntraxt"ın sıralarına qoşulacaq. Onunla uzunmüddətli anlaşma əldə olunub. Gənc qapıçı icarə yox, tamhüquqlu müqavilə əsasında Frankfurt klubuna məxsus olacaq.
Qeyd edək ki, "Ayntraxt" klubu Almaniya Bundesliqasında çıxış edir. Hazırda komanda 15 turdan sonra 21 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.