“Neftçi”nin qambiyalı futbolçusu bu gündən fərdi məşqlərə başlayacaq

“Neftçi”nin qambiyalı futbolçusu bu gündən fərdi məşqlərə başlayacaq “Neftçi”nin futbolçusu Dembo Darbo məşqlərə başlayıb.
Futbol
16 yanvar 2025 07:11
“Neftçi”nin qambiyalı futbolçusu bu gündən fərdi məşqlərə başlayacaq
Dembo Darbo

“Neftçi”nin qambiyalı futbolçusu Dembo Darbo bu gündən fərdi məşqlərə başlayacaq.

Bu barədə “Report”a paytaxt klubunun mətbuat katibi Asəf Zeynallı məlumat verib.

O, zədə səbəbindən Qəbələ toplanışına qatıla bilməyən 26 yaşlı hücumçunun Bakıya qayıtdığını və yaxın vaxtlarda kollektiv məşqlərə qoşulacağını söyləyib:

“Dembo Darbo zədəsini sağaltmaqla məşğul olduğu üçün Qəbələ toplanışına qatılmadı. Artıq Bakıdadır, uzun yol qət etdiyinə görə komandanın düşərgəsinə hələ ki, qoşulmayıb. Bu gündən fərdi məşqlərə başlayacaq. Daha sonra gedişata uyğun kollektiv məşqlərə qoşulacaq. Qalan futbolçularla bağlı hər şey qaydasındadır, heyətdə zədəli yoxdur. Hər biri Qəbələ toplanışında iştirak etdi. Bakıda qarşıdakı oyun üçün hazırlıqlar davam edir”.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasının XIX turunda evdə “Sabah”la qarşılaşacaq. Komanda hazırda 17 xalla turnir cədvəlində 8-ci yerdədir.

Son xəbərlər

Orphus sistemi