"Neftçi"nin müdafiəçisi 90 dəqiqə oynayıb, "Qarabağ" və "Sabah"ın futbolçuları ehtiyatda qalıblar

"Neftçi"nin müdafiəçisi 90 dəqiqə oynayıb, "Qarabağ" və "Sabah"ın futbolçuları ehtiyatda qalıblar Gürcüstan millisi AVRO-2024-ün seçmə mərhələsinə ilə başlayıb.
Futbol
28 Mart , 2023 21:59
Neftçinin müdafiəçisi 90 dəqiqə oynayıb, Qarabağ və Sabahın futbolçuları ehtiyatda qalıblar

Gürcüstan millisi AVRO-2024-ün seçmə mərhələsinə heç-heçə ilə başlayıb.

"Report"un məlumatına görə, Villi Sanyolun baş məşqçi olduğu kollektiv A qrupunun ilk turunda Norveçi qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə ilə başa çatıb.

İlk qolu qonaqlar vurublar. Aleksander Sörlot 15-ci dəqiqədə rəqib qapısına yol tapıb. 61-ci dəqiqədə isə meydan sahibləri Jorj Mikautadzenin vurduğu qolla məğlubiyyətdən qaçıblar.

Meydana start heyətində çıxan "Neftçi"nin gürcüstanlı müdafiəçisi Solomon Kverkveliya sonadək əvəzlənmədən oynayıb. "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili və "Sabah"ın hücumçusu Davit Volkov isə ehtiyatda qalıb.

Qeyd edək ki, hazırda Gürcüstan yığması 1 xalla 4-cü pillədə qərarlaşıb. 2 oyundan sonra eyni xalı olan Norveç isə 3-cü sırada yer alıb.

Son xəbərlər

Orphus sistemi