"Neftçi"nin kapitanı: "Gənc futbolçuları çox tərifləmək lazım deyil"

"Neftçi"nin kapitanı: "Gənc futbolçuları çox tərifləmək lazım deyil" "Burada yaxşı məşqlərimiz oldu, buna görə də mövsümün ikinci hissəsinə hazır olduğumuzu deyə bilərəm".
Futbol
24 Yanvar , 2022 18:42
Neftçinin kapitanı: Gənc futbolçuları çox tərifləmək lazım deyil

"Burada yaxşı məşqlərimiz oldu, buna görə də mövsümün ikinci hissəsinə hazır olduğumuzu deyə bilərəm".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Türkiyənin Antalya bölgəsində Polşanın "Qurnik" (Leçna) komandasına 1:0 hesabı ilə qalib gəldikləri sonuncu yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına açıqlamasında deyib.

30 yaşlı futbolçu çempionatın 3 və 4-cü dövrələrini yaxşı keçirməyə çalışacaqlarını bildirib: "İlk iki yoxlama oyunu çətin keçdi. Bu gün yaxşı oynamağa çalışdıq. Bəzi epizodlarımız alınmadı. Çempionatda daha yaxşı çıxış edəcəyik".

Təcrübəli yarımmüdafiəçi komandanın baş məşqçisi Samir Abasovun tətbiq etdiyi yeni oyun sisteminə də toxunub: "Orta xətdə heç nə dəyişilməyib. Yenə də 3 nəfər çıxış edir. Bizə vaxt lazımdır. Amma indi də oyunumuz pis alınmır. Yeni futbolçular komandaya öyrəşirlər. Düzdür, bəzi epizodları tam başa düşmürlər. Amma qarşıda hələ bir həftəmiz var. Düşünürəm ki, yaxşı olacaq".

Mahmudov toplanışda iştirak edən gənc oyunçuların durumundan söz açıb: "Onları çox tərifləmək lazım deyil. Amma öz üzərilərində işləsələr, daha yaxşı ola bilərlər".

Son xəbərlər

Orphus sistemi