"Neftçi"nin kapitanı: "Gələn il daha yaxşı nəticələr qazanacağıq"

"Neftçi"nin kapitanı: "Gələn il daha yaxşı nəticələr qazanacağıq" "İlin axırıncı oyununu keçirdik və təəssüf ki, qələbə qazana bilmədik".
Futbol
17 Dekabr , 2021 12:30
Neftçinin kapitanı: Gələn il daha yaxşı nəticələr qazanacağıq
Emin Mahmudov

"İlin axırıncı oyununu keçirdik və təəssüf ki, qələbə qazana bilmədik".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi" futbol klubunun kapitanı Emin Mahmudov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XIV tur oyunu barədə özünün feysbuk səhifəsində paylaşıb.

29 yaşlı yarımmüdafiəçi mövsümün ikinci yarısında daha yaxşı nəticələr qazanacaqlarına inandığını yazıb: "Ümid edirəm ki, gələn il daha inamlı oynayıb, daha yaxşı nəticələr qazanacağıq. Dəstəyinizə və yanımızda olduğunuza görə təşəkkür edirəm".

Qeyd edək ki, "Neftçi" mövsümün ilk yarısını 22 xalla 3-cü pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi