“Neftçi”nin İran komandası ilə oyunu ləğv olunub
Futbol
- 19 yanvar, 2019
- 09:46
Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin İranın “İstiqlal” komandası ilə nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.
“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb baş məşqçi Roberto Bordinin qərarıdır. İtaliyalı mütəxəssis fiziki yüklü məşqlərdən sonra futbolçuların ard-arda iki yoxlama oyununda meydana çıxacaqları halda onların zədələnmə ehtimalının artmasını əsas gətirərək belə qərar qəbul edib.
Qeyd edək ki, matç yanvarın 20-də keçirilməli idi. “Neftçi” ilk yoxlama görüşündə Rumıniyanın “Qaz Metan” komandasını 3:0 hesabı ilə məğlub edib. Bakılılar yanvarın 23-də “Slovan” (Liberes, Çexiya), yanvarın 26-da isə “Beroe” (Bolqarıstan) klubları ilə görüşəcəklər.
Son xəbərlər
22:44
"Lənkəran"ın baş məşqçisi: "Basketbolçularımız "Sərhədçi" ilə matçda xarakter göstərdilər"
Komanda22:43
Avropa Qrenlandiyaya təhlükə yaranacağı təqdirdə cavab verməyə hazırlaşır
Digər ölkələr22:21
Güləş üzrə Azərbaycan çempionatında 5 çəkidə qaliblər müəyyənləşib
Fərdi22:21
BMT-nin baş katibi ABŞ-nin bəzi strukturlardan çıxmasına təəssüflənib
Digər ölkələr22:02
ABŞ Senatı Venesuelaya hücumu qadağan edən qətnaməni Konqresin təsdiqi olmadan dəstəkləyib
Digər ölkələr21:52
Azərbaycan Basketbol Liqasında 2026-cı ilin ilk görüşləri keçirilib
Komanda21:50
ABŞ-də azərbaycanlı gənc itkin düşüb
Daxili siyasət21:40
Hələbdə yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
Digər ölkələr21:25