"Neftçi"nin futbolçusu bu gün klubdan ayrıla bilər

"Neftçi"nin futbolçusu bu gün klubdan ayrıla bilər "Neftçi" klubunun futbolçusu Namik Ələskərov karyerasını Türkiyənin "Bursaspor" klubunda davam etdirə bilər.
Futbol
9 Avqust , 2021 09:09
Neftçinin futbolçusu bu gün klubdan ayrıla bilər
Namik Ələskərov

"Neftçi"nin və Azərbaycan millisinin futbolçusu Namik Ələskərov karyerasını Türkiyənin "Bursaspor" klubunda davam etdirə bilər.

"Report" "Bursaspordabugun" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə bütün məsələləri həll etmək üzrədir.

Bursa klubunun vitse-prezidenti Emin Adanur keçidin 99 faiz həll edildiyini söyləyib.

Ələskərovun bu gün Türkiyəyə yollanacağı və rəsmi müqavilə imzalayacağı iddia olunur.

Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.

Son xəbərlər

Orphus sistemi