"Neftçi"nin növbəti transferi Bakıya gəlir

"Neftçi"nin növbəti transferi Bakıya gəlir "Neftçi" klubu ilkin razılıq əldə etdiyi argentinalı futbolçu Xorxe Korreanın viza məsələsini həll edib.
Futbol
9 Sentyabr , 2021 11:01
Neftçinin növbəti transferi Bakıya gəlir

"Neftçi" klubu ilkin razılıq əldə etdiyi argentinalı futbolçu Xorxe Korreanın viza məsələsini həll edib.

Bu barədə "Report"a paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

O, 28 yaşlı yarımmüdafiəçinin 1-2 günə Bakıya gələcəyini bildirib. Korrea tibbi müayinədən sonra rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, argentinalı oyunçu son olaraq Portuqaliyanın "Maritimu" komandasının formasını geyinib.

"Ağ-qaralar" bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər Romen Bask, Huqo Basto və hücumçular Tiaqo Bezerra ilə Ramon Maçadonu heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi