“Neftçi”nin baş məşqçisi: “Heyf ki, alınmadı”

“Neftçi”nin baş məşqçisi: “Heyf ki, alınmadı” “Bilirdik ki, necə komandaya qarşı oynayacağıq. Rəqibin gücündən danışmağa ehtiyac yoxdur. Güclü komandadır. Oyuna ciddi hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Azarkeşlər bizdən hər zaman bunu gözləyirlər. Heyf ki, alınmadı. Azarkeşlərimiz hər zaman qələbəyə layiqdirlər. Sabah “Forza Neftçi”nin ad günüdür. İnanıram ki, qarşıdakı oyunlarda onları sevindirəcəyik”.
Futbol
8 Fevral , 2020 22:20
“Neftçi”nin baş məşqçisi: “Heyf ki, alınmadı”

“Bilirdik ki, necə komandaya qarşı oynayacağıq. Rəqibin gücündən danışmağa ehtiyac yoxdur. Güclü komandadır. Oyuna ciddi hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Azarkeşlər bizdən hər zaman bunu gözləyirlər. Heyf ki, alınmadı. Azarkeşlərimiz hər zaman qələbəyə layiqdirlər. Sabah “Forza Neftçi”nin ad günüdür. İnanıram ki, qarşıdakı oyunlarda onları sevindirəcəyik”.

"Report"un məlumatına görə, bunları “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının XVI turunda “Qarabağ”la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib. Daha sonra gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- Qapı xəttindəki dəyişiklik nə ilə bağlı idi?

- Bizim iki təcrübəli qapıçımız var, hər ikisinə güvənməliyik. Aqil Məmmədov Türkiyədəki toplanış zamanı da özünü yaxşı tərəfdən göstərmişdi. Sadəcə, seçimimizi bu gün belə etdik.

- İlk hissədə Stiven Jozef-Monrozu 2 dəfə məşq etməyə göndərdiniz. Dario Frederikonu əvəzləmək istəyirdiniz?

- Dario taktiki gediş var idi ki, onu başa düşmürdü. Amma getdikcə vəziyyəti düzəltdi.

- Qol üçün nə çatmadı?

- Qol vurmaq istəyirdik. Namiqin epizodunda bir az dəqiqlik çatmadı. Üstəlik, “Qarabağ”ın müdafiəçiləri də yaxşı oynadı.

- Bu heyətlə çempion ola bilərsiniz?

- Bu, futboldur. Futbolçularla aramızda uyğunlaşma önəmlidir. Zamanla bu məsələni daha yaxşı düzəldəcəyik.

Son xəbərlər

Orphus sistemi