"Neftçi"nin Antalya toplanışında sonuncu rəqibi müəyyənləşib

"Neftçi"nin Antalya toplanışında sonuncu rəqibi müəyyənləşib Rəqib Rumıniya təmsilçisi olacaq
Futbol
16 Yanvar , 2017 09:44
Neftçinin Antalya toplanışında sonuncu rəqibi müəyyənləşib

Bakı. 16 yanvar. REPORT.AZ/ "Neftçi" klubunun Türkiyənin Antalya bölgəsində sonuncu rəqibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, Rumıniya yüksək liqasında mübarizə aparan "Konkordia" komandası olacaq.

Görüş yanvarın 19-da olacaq. Xəbəri Kyajna şəhəri təmsilçisinin rəsmi saytı yayıb. Lakin həmin mənbə "Neftçi"ni Azərbaycan Premyer Liqasında 3-cü yerin sahibi kimi təqdim edib. Halbuki "ağ-qaralar" mövsümün ilk yarısını 8 komanda arasında 7-ci yerdə başa vurub. Azərbaycan klubunun baş inzibatçısı İslam Abbasov da Rumıniya klubu ilə yoxlama görüşünə dair razılığın əldə olunduğunu təsdiqləyib.

Qeyd edək ki, yanvarın 4-dən Antalyada olan "Neftçi" hələlik 3 yoxlama matçına çıxıb. Türkiyənin I Liqa təmsilçisi "Sivasspor"la 0:0 hesablı heç-heçə edən "ağ-qaralar" Özbəkistan "Nasaf"ına 0:1, Albaniyanın "Kukesi" komandasına 2:4 hesabı ilə uduzub. Flaqman yanvarın 17-də Rusiyanın I Divizion təmsilçisi "Tosno" ilə, yanvarın 18-də isə Premyer Liqada mübarizə aparan "Terek"lə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi