"Neftçi" klubu Azərbaycan milli komandasının futbolçusu ilə müqavilə bağlayıb

"Neftçi" klubu Azərbaycan milli komandasının futbolçusu ilə müqavilə bağlayıb Emin Mahmudov mövsümün sonuna qədər "Neftçi"nin formasını geyinəcək
Futbol
18 Sentyabr , 2017 16:52
Neftçi klubu Azərbaycan milli komandasının futbolçusu ilə müqavilə bağlayıb
Neftchipfk.com

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Neftçi” klubu Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudovla münasibətlərini rəsmiləşdirib.

“Report” paytaxt klubunun saytına istinadən xəbər verir ki, bir neçə gündür “ağ-qaralar”ın düşərgəsində yer alan 25 yaşlı yarımmüdafiəçi ilə 2017/2018 mövsümünün sonuna qədər müqavilə bağlanılıb. O, 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Rusiyanın "Saturn” klubunun yetirməsi olan Emin Mahmudovun sonuncu klubu Portuqaliya "Boavişta”sı olub. Mahmudov "Boavişta" ilə yollarını qarşılıqlı razılıq əsasında ayırıb. Yığma üzvü karyerası ərzində Rusiyanın “Spartak” (Moskva), “Tom”, “Krılya Sovetov” və “Mordoviya” klublarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi