"Neftçi" ikinci yoxlama oyununda heç-heçə edib

"Neftçi" ikinci yoxlama oyununda heç-heçə edib Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununu keçirib.
Futbol
19 Yanvar , 2022 17:54
Neftçi ikinci yoxlama oyununda heç-heçə edib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, son ölkə çempionu Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi Polşanın "Visla" (Plotsk) komandası ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Azərbaycan təmsilçisinin qolunu 55-ci dəqiqədə Yusuf Laval vurub. Krivotsyuk qarşılaşmanın ikinci hissəsində meydana daxil olub. Laval məhz Krivotsyukun səhvindən sonra topu rəqib qapısından keçirib.

Qeyd edək ki, "Neftçi" ilk matçında Macarıstan "Kişvarda"sı ilə heç-heçə edib - 2:2.

Son xəbərlər

Orphus sistemi