"Neftçi"ni tərk edənlərin əvəzinə yeni təyinatlar olub

Futbol
  • 28 yanvar, 2021
  • 07:33
Neftçini tərk edənlərin əvəzinə yeni təyinatlar olub

"Neftçi” Futbol Akademiyasına yeni təyinatlar olub.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, Anar Vəliyev U-19, Xalid Bayramov isə U-15 komandasında köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Vəliyev bu postda Vaqif Paşayevi, Bayramov isə Fərrux İsmayılovun gedişindən sonra U-16-ya baş məşqçi təyin olunmuş Vaqif Əliyevi əvəzləyib. Paşayev karyerasını "Zirə"də köməkçi-məşqçi, İsmayılov isə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri kimi davam etdirir.