"Neftçi"də koronavirus xəstəsi qalmadı
Futbol
- 23 dekabr, 2020
- 16:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi"də son koronavirus testlərinin nəticəsi bəlli olub.
Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, bütün cavablar neqativ çıxıb.
Aktiv xəstə olan Bruno Teluşi və Stiven Monroz da artıq sağalaraq sıraya qayıdıb.
"Ağ-qaralar"ın Premyer Liqanın XIII turunda üz-üzə gələcəyi "Keşlə" komandasında da test nəticələri açıqlanıb. Klubdan bildirilib ki, heç kimdə virus aşkarlanmayıb. Hazırda komandada yeganə itki koronavirusa görə xəstəxanada müalicə alan baş məşqçi Yunis Hüseynovdur. O, paytaxt derbisində də texniki zonada yer almayacaq.
Qeyd edək ki, dekabrın 24-də keçiriləcək "Neftçi" - "Keşlə" matçı saat 18:00-da başlayacaq.
Son xəbərlər
16:27
Deputat: "Dövlət qulluğunda 2 800-dən çox vakant yer var"
Milli Məclis16:24
Foto
Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub
Turizm16:24
Avropada 1000-dən çox polis bayker qruplaşmasına qarşı reydlər həyata keçirib
Digər ölkələr16:23
Recep Öztop: "Mingəçevir Reqatası"nın bütün dünyada nüfuz qazanacağına şübhəmiz yoxdur"
Fərdi16:22
Sabah Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək
Energetika16:21
Lixtenşteyn millisinin futbolçusu Alesio: "Bakıda yaxşı nəticə qazanmaq istəyirik"
Futbol16:17
Foto
Qarabağ və Şərqi Zəngəzura həsr edilmiş "Sabaha doğru" sənədli filmi təqdim olunub
Mədəniyyət siyasəti16:12
Azərbaycan boksçuları U-17 Avropa çempionatında iştirak edəcəklər
Fərdi16:12