"Neftçi" daha bir şirkətlə müqavilə bağladı

"Neftçi" daha bir şirkətlə müqavilə bağladı "Neftçi”ni dəstəkləyən şirkətlər arasına daha biri daxil olub
Futbol
8 Mart , 2021 15:32
Neftçi daha bir şirkətlə müqavilə bağladı

"Neftçi”ni dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ilə beynəlxalq avtomobil kirayəsi şirkəti "AVIS”in ölkəmizdəki təmsilçisi "Otokoç Azərbaycan” MMC arasında qarşılıqlı tərəfdaşlıq haqqında razılıq əldə edilib və ilkin olaraq 1 illik müqaviləyə imza atılıb.

Razılaşmaya əsasən, bu müddətdə qarşı tərəf mülkiyyətində olan avtomobillərlə klubun nəqliyyat ehtiyaclarının qarşılanmasına dəstək verəcək. "Neftçi” isə şirkətin "AVIS” markasının əmtəə nişanlarının klubun əsas komandasının oyun geyimlərində, ev oyunlarını və məşqlərini etdiyi meydança kənarlarında, sosial media səhifələrində, "Neftçi TV”də reklam edilməsini təmin edəcək və digər marketinq xidmətləri göstərəcək.

Son xəbərlər

Orphus sistemi