“Neftçi” daha bir mərkəz müdafiəçisini transfer edib
Futbol
- 23 iyul, 2023
- 07:42
“Neftçi” daha bir transferini rəsmiləşdirib.
"Report" xəbər verir ki, macarıstanlı futbolçu Mark Tamaşla 2 illik müqavilə bağlanıb. 29 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 4 nömrəli formanı geyinəcək.
Mark Tamaş Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” (2020-2022) və Rumıniyanın “Sepsi” (2022-2023) klublarında çıxış edib. Macarıstan milli komandasının heyətində 1 oyun keçirib. O, bu il “Sepsi”nin heyətində Rumıniya kubokunun və Superkubokunun qalibi olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası transfer edib.
Son xəbərlər
04:06
ÜST meymunçiçəyi ilə bağlı Moskvadakı vəziyyəti izləyir
Region03:33
BVF Venesuela ilə əməkdaşlığı bərpa edib
Maliyyə03:02
"Reuters": İrandakı müharibə ABŞ-ni Aİ tərəfdaşlarına silah tədarükünü gecikdirməyə məcbur edir
Digər ölkələr02:44
Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib
Region02:22
İsrail ordusu Livanda 10 günlük atəşkəsin başladığını təsdiqləyib
Digər ölkələr01:44
İƏT Livan və İsraili atəşkəs razılaşmasına riayət etməyə çağırıb
Digər ölkələr01:09
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
Futbol00:58
UEFA Avropa Liqasında yarımfinalçılar bəlli olub
Futbol00:57