"Neftçi" braziliyalı hücumçunun transferini açıqlayıb

"Neftçi" braziliyalı hücumçunun transferini açıqlayıb "Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
8 Sentyabr , 2021 16:31
Neftçi braziliyalı hücumçunun transferini açıqlayıb

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" braziliyalı hücumçu Tiaqu Bezerranın keçidini həll edib.

Flaqman 34 yaşlı forvardın transferini xüsusi videoçarxla açıqlayıb.

Təcrübəli oyunçu ilə 1 il müddətinə müqavilə bağlanılıb. O, yeni komandasının heyətində 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Tiaqo Bezerra Belçikanın “La Luvyer” (2005-2006), Braziliyanın “Qama” (2008), “İtuano” (2012, 2013), CRB (2012), Türkiyənin “Altay” (2008-2010), “Karşıyaka” (2010-2011), “Adanaspor” (2013-2015), “Adana Demirspor” (2016, 2017), Küveytin “Əl-Ərəbi” (2015), Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” (2016-2017), Özbəkistanın “Paxtakor” (2017-2018), Qətərin “Əl-Xor” (2019-2020) və “Əl-Sailiya” (2020-2021) klublarında çıxış edib.Bezerra 2015/2016 mövsümündə Küveyt Federasiya Kubokunun ən yaxşı futbolçusu və bombardiri, 2018-ci ildə isə Özbəkistan Superliqasının ən yaxşı futbolçusu olub.

“Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər Romen Bask, Huqo Basto və hücumçu Ramon Maçadonu transfer edib.

Son xəbərlər

Orphus sistemi