"Neftçi" yeni transferi ilə müqavilənin detallarını açıqlayıb

Futbol
  • 26 yanvar, 2023
  • 13:33
Neftçi yeni transferi ilə müqavilənin detallarını açıqlayıb

"Neftçi" yeni transferi Mateus Saldanya ilə müqavilənin detallarını açıqlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu 1 il müddətinə icarəyə götürülüb. 24 yaşlı forvard yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Yaponiyanın “JEF Yunayted Çiba” klubuna məxsus olan Saldanya bunadək ölkəsinin “Bahia” (2020-2022) və icarə əsasında Çinin “Çendu Sinçen” klublarında (2022) çıxış edib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi Höccət Haqverdini və yarımmüdafiəçi Kilan Lebonu transfer edib.

16:06

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan "Report"a verilən məlumata görə, "ağ-qaralar" braziliyalı hücumçu Mateus Saldanyanın keçidini həll edib.

Qeyd edək ki, forvard son olaraq Yaponiyanın "Cef Yunayted İtixara Tiba" klubunun formasını geyinib.

Son xəbərlər

Bütün Xəbər Lenti