“Neftçi” “Beşiktaş”la keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib
Futbol
- 15 avqust, 2023
- 08:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la Türkiyədə keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib.
“Report”un “ağ-qaralar”ın mətbuat xidmətinə istinadən məlumatına görə, avqustun 17-də “Beşiktaş” stadionunda təşkil olunacaq görüşdə iştirak etmək istəyən şəxslər klubla əlaqə saxlamalıdırlar.
Onlar Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı qonaq komanda fanatları üçün nəzərdə tutulan tribunadan izləyə biləcəklər. Həmin sektora bilet almaq istəyənlər “Neftçi” klubuna müraciət etməlidirlər.
Qeyd edək ki, Bakıda keçirilən ilk matçda İstanbul nəhəngi 3:1 hesablı qələbə qazanıb.
Son xəbərlər
03:41
Tramp: İranın raket zərbələri endirmək imkanları məhduddur
Digər ölkələr
03:07
SEPAH rəhbəri: İran raketlərinin uçuş məsafəsində məhdudiyyəti yoxdur
Region
02:52
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
Digər ölkələr
02:25
NYT: Hakerlər ABŞ-nin kəşfiyyat sistemlərindən birinin parolunu qırıblar
Digər ölkələr
01:56
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
Futbol
01:41
Tramp Mirziyoyevə ABŞ-nin 250 illiyi münasibətilə hədiyyə edilən çardaqlara görə təşəkkür edib
Digər ölkələr
01:17
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
Digər ölkələr
00:47
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb
Region
00:40
Rezai: İran blokadanı yarmaq və yeni təcavüzə cavab vermək əzmindədir
Region