​"Neftçi" Avroliqada mübarizəni dayandırıb

​"Neftçi" Avroliqada mübarizəni dayandırıb Klub "Mladost" səddini aşa bilməyib
Futbol
174
10 İyul , 2015 01:28
​Neftçi Avroliqada mübarizəni dayandırıb

Bakı. 10 İyul. REPORT.AZ/ Bu gün Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində növbəti turun oyunları keçirilib.

"Report" xəbər verir ki, Bakının "Neftçi" klubu səfərdə Monteneqronun "Mladost" kollektivinin qonağı olub.

Gərgin keçən qarşılaşma 1:1 hesabı ilə başa çatıb və Bakıdakı oyun 2:2 yekunlaşdığından rəqib səfərdə vurulan əlavə 1 qol hesabına növbəti mərhələyə adlayan tərəf olub.

Avropa Liqası. Təsnifat. Cavab qarşılaşması

"Mladost" - "Neftçi" - 1:1

Qol: Araz Abdullayev, 71 (1:0), İvan Vukoviç, 90+1 (1:1)

Qeyd edək ki, oyun başa çatandan dərhal sonra stadionda futbolçular arasında dava düşüb. Davanın hansı səbəbdən baş verdiyi bilinmir.

Son xəbərlər

Orphus sistemi