Nazir Tomas Baxın olimpiada ilə bağlı fikrinə münasibət bildirdi

Futbol
  • 22 may, 2020
  • 06:25
Nazir Tomas Baxın olimpiada ilə bağlı fikrinə münasibət bildirdi
Seyko Hasimoto

Beynəlxalq Olimpiya Komitəsi (İOC) koronavirus pandemiyası ilə bağlı vəziyyəti nəzərə alaraq, gələn il Tokioda Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək əzmindədir. 

"Report"un TASS-a istinadən məlumatına görə, Yaponiyanın Olimpiya və Paralimpiya Oyunlarına məsul naziri Seyko Hasimoto mətbuat konfransında IOC prezidenti Tomas Baxın "Tokio-2020 gələn il keçirilməsə, ləğv ediləcək" fikrinə belə reaksiya verib.   

Nazir jurnalistin sualına yeganə sitatla cavablandırıb: "Bu, Tomas Baxın Oyunları gələn il Tokioda uğurla keçirmək əzmini nümayiş etdirmirmi?"

Qeyd edək ki, Tokio olimpiadası koronavirusla əlaqədar 2021-ci il 23 iyul - 8 avqusta tərixə salınıb.

44 filmi