Sergey Kovalçik: "Belarus çempionatını dayandırmağa əsas yoxdur"

Sergey Kovalçik: "Belarus çempionatını dayandırmağa əsas yoxdur" Hələlik futbol üzrə Belarus çempionatının dayandırılmasına ehtiyac duyulmur.
Futbol
15 Aprel , 2020 01:24
Sergey Kovalçik: Belarus çempionatını dayandırmağa əsas yoxdur

"Hələlik futbol üzrə Belarus çempionatının dayandırılmasına ehtiyac duyulmur.

"Report"un məlumatına görə, bu barədə ölkənin İdman və Turizm naziri Sergey Kovalçik açıqlama verib. O, hər gün ölkədəki vəziyyəti izlədiklərini bildirib: "Kimlərdəsə situasiyanı monitorinq etmədiyimizə dair təsəvvür yaranırsa, onlar kökündən yanılırlar. Səhiyyə Nazirliyinin tövsiyələrini dəqiqliklə yerinə yetiririk".

Hər bir idman obyektində kompleks tədbirlərin həyata keçirildiyini vurğulayan nazir bunların tövsiyə xarakteri daşıdığını söyləyib. O, azarkeşləri tövsiyələrə əməl etməyə çağırıb.

S.Kovalçukun fikrincə, vəziyyət pisləşsə, çempionatın dayandırılmasından ötrü sərt tədbirlər görüləcək: "Bu gün belə zərurət yoxdur. Çempionat maraqlıdır, insanlar baxırlar. Futbol bir nömrəli idman növüdür. Yüksək Liqanı dayandırmağa əsas yoxdur. Stadionlarda azarkeşlərin sayı 70 faiz azalıb. Hamı tribunalarda şahmat qaydası ilə oturur, əllər dezinfeksiya olunur. Əsas məsələ odur ki, hər bir vətəndaş mövcud vəziyyəti düzgün qiymətləndirsin. Heç kimi stadiona qovan yoxdur".

Qeyd edək ki, Avropada yalnız Belarusda çempionat dayandırılmayıb. 

Son xəbərlər

Orphus sistemi