"Napoli" və Argentina millisi arasında Maradonanın xatirəsinə oyun keçiriləcək

"Napoli" və Argentina millisi arasında Maradonanın xatirəsinə oyun keçiriləcək Əfsanəvi futbolçu Dieqo Maradonun xatirəsinə İtaliya "Napoli"si ilə Argentina millisi arasında yoldaşlıq matçı keçiriləcək
Futbol
30 Noyabr , 2021 16:34
Napoli və Argentina millisi arasında Maradonanın xatirəsinə oyun keçiriləcək
Dieqo Maradona

Əfsanəvi futbolçu Dieqo Maradonun xatirəsinə İtaliya "Napoli"si ilə Argentina millisi arasında yoldaşlıq matçı keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentis "Corriere dello Sport"a açıqlamasında deyib.

Funksioner bildirib ki, bu məsələ İtaliyanın xarici işlər naziri Luici Di Mayo və Argentinanın səfiri ilə müzakirə olunur. Onun sözlərinə görə, qarşılaşmanın 2022-ci il mayın 24-də Neapolda oynanılacağı gözlənilir.

Qeyd edək ki, Dieqo Maradona ötən il noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı mərhum futbolçu 1984 - 1991-ci illərdə "Napoli"də çıxış edib. Bu il dekabrın 14-də Səudiyyə Ərəbistanında İspaniya Barselona"sı və Argentina "Boka Xuniors"u arasında Maradona Kuboku təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi