"Napoli"nin 4 azarkeşi "İnter"lə oyundan əvvəl bıçaqlanıb
Futbol
- 27 dekabr, 2018
- 07:57
Bakı. 27 dekabr. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasında XVIII turun “İnter” – “Napoli” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında münaqişə baş verib.
“Report” “Football Italia”ya istinadən xəbər verir ki, dava-dalaş nəticəsində qonaqların 4 fanatı bıçaqlanıb. Onlardan qarın nahiyəsindən bıçaq yarası alan 43 yaşlı azarkeşin xəstəxanaya yerləşdirildiyi bildirilir. Digər 3 nəfər isə yüngül xəsarət alıb.
Bundan başqa, dava zamanı “İnter” azarkeşlərindən biri yaxınlıqdan keçən avtomobil tərəfindən vurulub. Həmin şəxsin durumu ağır qiymətləndirilir.
Qeyd edək ki, oyun “İnter”in 1:0 hesablı qələbəsi ilə nəticələnib. Meydan sahibləri Lautaro Martinesin 90+2-ci dəqiqədə vurduğu qolla qalib gəliblər.
Son xəbərlər
04:15
Boeing 737 MAX təyyarələrinin proqram təminatında nasazlıq aşkarlanıb
Digər ölkələr03:52
ABŞ və Çin $30 milyard məbləğində tariflərin qarşılıqlı azaldılması barədə razılaşıb
Digər ölkələr03:17
Azərbaycan Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir
Xarici siyasət02:51
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
Digər ölkələr02:16
Türkiyə "S-400"ləri başqa ölkəyə vermək üçün danışıqları davam etdirir
Region01:39
İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
Region01:21
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb
Xarici siyasət01:12
Foto
Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib
Xarici siyasət00:56