"Napoli" 3-cü pilləyə yüksəlib, Kvaratsxeliya ən uğurlu debütantdır
Futbol
- 13 fevral, 2023
- 06:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Napoli" İtaliya A Seriyasının tarixində ən yaxşı 3-cü nəticəyə imza atıb.
"Report"un məlumatına görə, Neapol təmsilçisi buna ilk 22 turda 59 xal qazanmaqla nail olub.
Luçano Spalettinin baş məşqçi olduğu komanda bu göstəricidə yalnız "İnter" (2006/2007, 60 xal) və "Yuventus"dan (2018/2019, 60 xal) geri qalır.
“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya isə Avropanın “Top-5” liqasında göstəricilərinə görə ən uğurlu debütantdır. Gürcüstanlı vinger A seriyasında keçirdiyi 18 matçda 9 qol vurub, 9 məhsuldar ötürmə verib.
Qeyd edək ki, "Napoli" son turda "Kremoneze"ni darmadağın edib - 3:0. Komanda cari mövsüm ölkə çempionatında yalnız "İnter"ə uduzub, "Fiorentina" və "Leççe" ilə heç-heçə edib.
Son xəbərlər
08:46
ABŞ-də futbol matçı zamanı avtomobil izdihama çırpılıb, 11 nəfər xəsarət alıb
Digər ölkələr
08:25
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Digər ölkələr
08:00
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
Daxili siyasət
07:56
Foto
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - yenilənib
Hadisə
07:55
Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Digər ölkələr
07:05
Kanadada hərbi hissədə güclü yanğın baş verib, xəsarət alanlar var
Digər ölkələr
06:30
NYT: Vaşinqton sülh üçün Rusiya qazının Avropaya tədarükünün bərpasını təklif edib
Digər ölkələr
06:14
Rubio Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir
Digər ölkələr
05:33
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Digər ölkələr