Namik Ələskərov: "Hər şey yaxşıdır, dəstəyinizə görə təşəkkür edirəm"

Namik Ələskərov: "Hər şey yaxşıdır, dəstəyinizə görə təşəkkür edirəm" Yunanıstanda "Olimpiakos"la UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərov sosial şəbəkədə paylaşım edib.
Futbol
22 İyul , 2021 10:47
Namik Ələskərov: Hər şey yaxşıdır, dəstəyinizə görə təşəkkür edirəm
Namik Ələskərov

Yunanıstanda "Olimpiakos"la UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərov sosial şəbəkədə paylaşım edib.

"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi instaqramda öz fotosunu paylaşıb.

"Hər şey yaxşıdır. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm", - deyə Ələskərov bildirib.

Qeyd edək ki, 43-cü dəqiqədə rəqib futbolçu Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan Ələskərov görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. Futbolçunun burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqlar aşkarlanıb.

Qarşılaşma "Neftçi"nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.

Son xəbərlər

Orphus sistemi