Musa Qurbanlı Azərbaycan çempionatında yubiley oyununu keçirib
Futbol
- 28 fevral, 2023
- 09:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ”ın futbolçusu Musa Qurbanlı Azərbaycan çempionatında 50-ci oyununu keçirib.
“Report” xəbər verir ki, gənc hücumçunun yubileyi Premyer Liqanın XXIV turunda “Neftçi” ilə 1:1 hesablı heç-heçə ilə nəticələnən matça təsadüf edib.
21 yaşlı forvard çempionatdakı 50 görüşdə 26 qol vurub. Onun orta məhsuldarlığı 0,52-yə bərabərdir. Azərbaycan millisini üzvü ölkə çempionatında iki komandanın şərəfini qoruyub. “Qarabağ”da 41 görüşdə 25 dəfə fərqlənən forvard “Zirə”dəki 9 qarşılaşmada 1 dəfə qol sevinci yaşayıb.
Qeyd edək ki, Musa Qurbanlının Premyer Liqada debütü 2020-ci il sentyabrın 25-də gerçəkləşib. O, “Qarabağ” forması ilə “Sumqayıt”la səfər görüşündə (2:2) şans qazanıb.
Son xəbərlər
11:08
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Hadisə
11:01
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Xarici siyasət
11:00
Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir - Faktiki hava
Ekologiya
10:57
Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir
Xarici siyasət
10:52
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb
Digər ölkələr
10:31
Foto
Video
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib
Komanda
10:21
Ər-Riyada yönələn ballistik raket vurulub
Digər ölkələr
10:16
Dünya çempionatı: Azərbaycan güləşçilərindən üçü mübarizəyə başlayır, ikisi final görüşünə çıxacaq
Komanda
10:14
Foto
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
Komanda