Mövsümün rekordu: "Şerif" 10 cavabsız qolla qalib gəldi

Mövsümün rekordu: "Şerif" 10 cavabsız qolla qalib gəldi "Sperantsa" 19 xalla 8-ci pillədə qərarlaşıb
Futbol
16 Aprel , 2021 19:28
Mövsümün rekordu: Şerif 10 cavabsız qolla qalib gəldi

Futbol üzrə Moldova Milli Divizionunda 2020/2021 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.

"Report" xəbər verir ki, mövsümün rekordu çempionatın XXVIII turunun "Sperantsa" - "Şerif" matçına təsadüf edib.

Tiraspol təmsilçisi səfərdə rəqibinə 10 cavabsız qolla qalib gəlib. Qonaqların heyətində Lovro Bizyak het-trik, Nadrey Daqo isə dubl müəllifi olub. Digər qolları Frank Kastanyeda, Dmitris Kolovos, Adama Traore, Qustavo Dulanto və Piter Banda vurublar.

Hazırda "Şerif"in formasını geyinən "Zirə"nin sabiq hücumçusu Riçard Qadze 70-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 77-yə çatdıran "Şerif" liderliyini möhkəmlədib. "Sperantsa" isə 19 xalla 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi