Mourinyonun "Roma"dakı məvacibi bəlli oldu

Mourinyonun "Roma"dakı məvacibi bəlli oldu Portuqaliyalı mütəxəssis ilk mövsümdə ümümilikdə 16 milyon avro qazanacaq
Futbol
4 May , 2021 23:18
Mourinyonun Romadakı məvacibi bəlli oldu
Joze Mourinyo

İtaliyanın "Roma" klubunun yeni baş məşqçisi Joze Mourinyonun paytaxt təmsilçisindəki məvacibi məlum olub.

"Report" xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk mövsümdə ümümilikdə 16 milyon avro qazanacaq.

Təcrübəli baş məşqçi bu məbləğin 7,5 milyon avrosunu maaş kimi "canavarlar"dan, 8,5 milyon avrosunu isə təzminat kimi əvvəlki klubu olan İngiltərə "Tottenhem"indən alacaq.

Qeyd edək ki, Joze Mourinyo "Roma" ilə 3 illik müqavilə imzalayıb. O, komandaya 2021/2022 mövsümündən rəhbərlik edəcək.

Son xəbərlər

Orphus sistemi