İspaniyalı futbolçu 140 km-lik məsafəni piyada qət edəcəyinə söz verib

İspaniyalı futbolçu 140 km-lik məsafəni piyada qət edəcəyinə söz verib Alvaro Morata "Yuventus"un Çempionlar Liqasını qazanacağı təqdirdə, bu addımı atacaq
Futbol
8 Oktyabr , 2015 10:40
İspaniyalı futbolçu 140 km-lik məsafəni piyada qət edəcəyinə söz verib

Bakı. 8 oktyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun futbolçusu Alvaro Morata Milandan Turin şəhərinədək piyada gedəcəyini bildirib. "Report"un məlumatına görə, bunun üçün "qoca sinyora"la Çempionlar Liqasının qalibi olmalıdır.

Bu mövsüm final matçı Milanda olacaq. Oradan ispaniyalı hücumçunun komandasının təmsil etdiyi Turinədək 140 km məsafə var. 

Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 28-də "San Siro" stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi