Monteneqro yığması Azərbaycanla oyun ərəfəsində problemlə üzləşdi

Monteneqro yığması Azərbaycanla oyun ərəfəsində problemlə üzləşdi Monteneqro milli komandasının qapıçısı Matiya Şarkiç ən azı 2 ay müddətinə sıradan çıxıb.
Futbol
4 Oktyabr , 2020 10:52
Monteneqro yığması Azərbaycanla oyun ərəfəsində problemlə üzləşdi

Monteneqro milli komandasının qapıçısı Matiya Şarkiç ən azı 2 ay müddətinə sıradan çıxıb.

"Report" xəbər verir ki, 23 yaşlı oyunçu icarədə olduğu "Şrusberi"nin heyətində İngiltərə I Liqasının "Plimut"la oyunu zamanı zədələnib.

56-cı dəqiqədə zədə üzündən əvəzlənmiş Şarkiçin ən azı 2 ay müddətinə sıradan çıxdığı açıqlanıb. O, oktyabrın 7-də Latviya ilə yoldaşlıq görüşü, eləcə də oktyabrın 10-da Azərbaycan, oktyabrın 13-də isə Lüksemburqla UEFA Millətlər Liqası oyunlarının hazırlıq prosesinə qatılmayacaq.

Bu gündən başlanacaq toplanışa Cənubi Koreyanın "İnçhon Yunayted" klubunun hücumçusu Stefan Muqoşanın gəlişi də sual altındadır. Cənubi Koreya Futbol Assosiasiyası Muqoşanın yığmadan dönüşdə 2 həftəlik karantinə alınacağını əsas gətirərək onun çağırışdan azad olunmasını xahiş edib.

Qeyd edək ki, Monteneqro Latviya ilə oktyabrın 7-də, Azərbaycanla oktyabrın 10-da, Lüksemburqla isə oktyabrın 13-də üz-üzə gələcək. Hər 3 oyun paytaxt Podqoritsada təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi