Moldova hava məkanını bağlayıb, Qazaxıstan yığması oyuna avtobusla gələcək
Futbol
- 18 mart, 2022
- 07:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan yığması UEFA Millətlər Liqasında Moldova ilə keçirəcəyi ilk pley-off matçına martın 22-də Rumıniya vasitəsilə yollanacaq.
"Report"un Meta-ratings.kz nəşrinə istinadən məlumatına görə, komandanı daşıyan çarter reysli təyyarə Rumıniyaya uçacaq. Daha sonra təyinat yerinə kollektiv avtobusla yol qət edəcək.
Kişineuya birbaşa uçuş Moldova Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar hava məkanını bağladığı üçün alınmayacaq.
Qazaxıstan millisi pley-off matçlarının hazırlıqlarına bu gün paytaxt Nur-Sultanda başlaylb. Kişineudakı qarşılaşma martın 24-də, cavab görüşü isə martın 29-da olacaq. Cütün qalibi Azərbaycan, Belarus və Slovakiyanın yer aldığı C Liqasının 3-cü qrupuna düşəcək.
Son xəbərlər
03:36
Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq
Digər ölkələr
03:08
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb
Futbol
02:31
Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb
Digər ölkələr
02:03
Fransa Rumıniyanın müraciəti ilə Qara dəniz üzərində kəşfiyyat uçuşları həyata keçirəcək
Digər ölkələr
01:33
CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə Braziliyadan qaçaraq ABŞ-yə gedib – Yenilənib
Digər ölkələr
01:16
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
Digər ölkələr
00:38
"Qarabağ" Abbas Hüseynovla yollarını ayırıb
Futbol
00:35
Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb
Digər ölkələr
00:27
Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir
Digər ölkələr