Moldova çempionatı dayandırıldı

Moldova çempionatı dayandırıldı Moldova Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən ölkə çempionatının müvəqqəti dayandırılmasına qərar verib.
Futbol
14 Avqust , 2020 17:10
Moldova çempionatı dayandırıldı

Moldova Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən ölkə çempionatının müvəqqəti dayandırılmasına qərar verib.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, Milli Divizionda sentyabrın 11-dək məcburi fasilə elan olunub.

Bir neçə klubun müraciətini nəzərə alan federasiyanın Fövqəladə Komitəsi çempionatın IX və X turlarını təxirə salıb.

Komitə avrokuboklarda iştirak edəcək "Şerif", "Sfintul George", "Petrokub" və "Dinamo-Avto" komandalarına beynəlxalq oyunlaradək karantin rejimində hazırlaşmağı tövsiyə edib.

Federasiya idman bazası olmayan avrokubok iştirakçılarının milli komandaların bazasından pulsuz istifadə etməsinə icazə verəcək.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Makedoniya "Sileks"ini keçəcəyi halda növbəti raundda "Şerif" - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi