Modriç 1000-ci oyununu keçirib, Qavi millinin tarixinə düşüb

Modriç 1000-ci oyununu keçirib, Qavi millinin tarixinə düşüb AVRO-2024-ün seçmə mərhələsində ötən gün keçirilən oyunlar bir neçə yubiley və rekordlarla əlamətdar olub.
Futbol
16 Oktyabr , 2023 11:09
Modriç 1000-ci oyununu keçirib, Qavi millinin tarixinə düşüb

AVRO-2024-ün seçmə mərhələsində ötən gün keçirilən oyunlar bir neçə yubiley və rekordlarla əlamətdar olub.

“Report” xəbər verir ki, Xorvatiya millisinin kapitanı Luka Modriç və İspaniya yığmasının yarımmüdafiəçisi Qavi tarixə düşüblər.

Uelsə səfərdə 1:2 hesabı ilə məğlub olduqları matç Modriçin peşəkar karyerasında 1000-ci oyunu olub. 38 yaşlı yarımmüdafiəçi bu həddə çatan azsaylı oyunçular sırasına qoşulub.

Qavi isə Norveçlə qarşılaşmada 25-ci dəfə İspaniya yığmasının formasını geyinib. 19 yaş 67 günlüyündə bunu bacaran yarımmüdafiəçi millidə 25 görüşə ən gənc yaşda çatan oyunçu ünvanına yiyələnib. Qarşılaşmada ispanlara 1:0 hesablı qələbə qazandıran yeganə qola da məhz Qavi imza atıb. Maraqlıdır ki, “buğalar”ın oyun sayında rekordçusu olan Serxio Ramos 20 yaşına qədər cəmi 3 matçda iştirak edib.

Slovakiya üzərində 3:2 hesablı qələbəyə iki qolla töhfə verən Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu karyerasında 153-cü dublunu reallaşdırıb. 38 yaşlı forvard rekordçu Lionel Messidən (156) üç dubl geri qalır. Əvəzində iki və ya daha çox qolun vurulduğu matç sayında Ronaldu həmkarını qabaqlayır – 216:213.

Son xəbərlər

Orphus sistemi