Kipr Futbol Assosiasiyası: "Millətlər Liqasında birincilik üçün çalışacağıq"

Kipr Futbol Assosiasiyası: "Millətlər Liqasında birincilik üçün çalışacağıq" Qrupumuz yaxşıdır. Birinci yer üçün çalışacağıq.
Futbol
5 Mart , 2020 09:19
Kipr Futbol Assosiasiyası: Millətlər Liqasında birincilik üçün çalışacağıq

"Qrupumuz yaxşıdır. Birinci yer üçün çalışacağıq".

"Report"un məlumatına görə, bu fikirləri Kipr Futbol Assosiasiyasının vitse-prezidenti Mixalis Pekris Azərbaycan millisinin də yer aldığı UEFA Millətlər Liqasındakı rəqibləri barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.

Assosiasiya nümayəndəsi rəsmi oyunlardan öncə yoldaşlıq matçlarına ehtiyaclarının olduğunu vurğulayıb. O, qrup liderliyinin Kipr yığması üçün önəmindən də bəhs edib: "Birinci olan komanda yarışın final mərhələsində mübarizə aparacaq və daha yüksək liqaya vəsiqə qazanacaq. Sonuncu olan yığma isə aşağı liqaya düşəcək".

Pekris C Liqasının 1-ci qrupundakı oyunlarla bağlı iddialı danışıb: "6 matçın hamısına final oyunu kimi çıxacağıq. Futbolçular meydanda mübarizə aparacaqlar. Yeni bir başlanğıc var. Ən yaxşı nəticəyə nail olmaq üçün yenidən təşəbbüs göstərilib. Federasiyanın gördüyü və görəcəyi tədbirlərlə səviyyəni yüksəldəcəyik. Ən əsası, futbol oynamaqdır". 

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında Kiprlə yanaşı, Monteneqro və Lüksemburqla qarşılaşacaq. Yığma Kiprlə ilk matçını II turda - sentyabrın 8-i səfərdə, növbəti oyununu isə IV turda - oktyabrın 12-i evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi