Mirça Rednik və iki köməkçisi koronavirusa yoluxdu

Mirça Rednik və iki köməkçisi koronavirusa yoluxdu Hazırda Rumıniya "Viitorul"una rəhbərlik edən "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik və iki köməkçisi koronavirusa yoluxub.
Futbol
4 Fevral , 2021 09:45
Mirça Rednik və iki köməkçisi koronavirusa yoluxdu
Mirça Rednik

Hazırda Rumıniya "Viitorul"una rəhbərlik edən "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik və iki köməkçisi koronavirusa yoluxub.

"Report"un məlumatına görə, həmin şəxslər ikinci məşqçi Sorin Radoy və qapıçılarla iş üzrə məşqçi Ştefan Predadır. Bununla əlaqədar Rednik qarşıdakı iki həftə müddətində məşqləri onlayn qaydada keçəcək. Oyunlar vaxtı isə texniki zonadan komandaya Katalin Angel və Kristian Sava rəhbərlik edəcək.

Qeyd edək ki, Mirça Rednik "Viitorul"a 2020-ci ilin dekabrında baş məşqçi təyin olunub. Bu klub 20 oyundan 25 xalla 8-ci pillədə qərarlaşıb. Rednik 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək "Xəzər Lənkəran"nın baş məşqçisi olub. "Ağ-yaşıllar" onun rəhbərliyi dövründə 2010/2011 mövsümündə Azərbaycan Kubokunu və Premyer Liqanın gümüş mükafatını qazanıb.

Son xəbərlər

Orphus sistemi