Bakı. 21 yanvar. REPORT.AZ/ Mingəçevirdə təlim-məşq toplanışında olan hakimlər üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə UEFA-nın danışılmış oynlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli maarifləndirici və hesabat xarakterli təqdimatla çıxış edib. O, “Hakim olaraq dürüstlük məsələləri və danışılmış oyunlar haqqında nələri bilməlisiniz?”, “Əsas məqsəd sizi və futbolu qorumaqdır” mövzularında çıxış edib, İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında məlumat verib. S. Səlimli hakimlərin suallarını cavablandıran zaman bildirib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqdaMingəçevirdə hakimlər üçün danışılmış oyunlarla bağlı seminar keçirilib
Futbol
21 Yanvar , 2019
11:01
https://static.report.az/photo/54ed729d-c05c-4115-9537-55ac32b2bd4d.jpg