Millimizin üzvü zədə səbəbindən Qran-priyə gedə bilmədi

Millimizin üzvü zədə səbəbindən Qran-priyə gedə bilmədi Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Fransanın Nitsa şəhərində keçirilən Qran-pri turnirindən əvvəl zədələnib.
Futbol
15 Yanvar , 2021 14:15
Millimizin üzvü zədə səbəbindən Qran-priyə gedə bilmədi

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Fransanın Nitsa şəhərində keçirilən Qran-pri turnirindən əvvəl zədələnib.

"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı məşqlərin birində xəsarət alıb və yarışı buraxmalı olub.

24 yaşlı güləşçinin adı Qran-prinin ilkin siyahısında yer almışdı. Əli Rəhimzadə 2020-ci ildə İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında bürünc medal qazanıb.

65 kq-dakı titullu idmançı Hacı Əliyev isə Fransadakı beynəlxalq turnirdə iştirak etməyəcək.

Qeyd edək ki, üç gün davam edəcək yarışda ölkəni sərbəst və yunan-Roma güləşçiləri təmsil edəcək. Yarışın proqramına əsasən, yanvarın 15-də qadınlar, 16-da sərbəst güləşçilər, 17-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi