Millimizin sabiq müdafiəçisi "Keşlə"yə keçdi

Millimizin sabiq müdafiəçisi "Keşlə"yə keçdi "Keşlə" heyətini daha bir futbolçu ilə gücləndirib
Futbol
9 Fevral , 2021 18:05
Millimizin sabiq müdafiəçisi Keşləyə keçdi

"Keşlə" heyətini daha bir futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi sayına istinadən xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Elvin Yunuszadə ilə mövsümün sonunadək müqavilə imzalayıb.

28 yaşlı oyunçu bunadək "Neftçi", "Qarabağ", "Sabah" və "Səbail", həmçinin Bosniya və Herseqovinanın "Çelik" və Şimali Makedoniyanın "Şkupi" klublarında çıxış edib.

Elvin Yunuszadə Azərbaycan milli komandasının heyətində 3 dəfə meydana çıxıb.

Qeyd edək ki, "Keşlə" bu gün Moldova millisinin yarımmüdafiəçisi, son klubu "Sabah" olan Yevgeni Koçuku da heyətinə qatdığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi