Millimizin sabiq hücumçusundan Ordumuza dəstək

Millimizin sabiq hücumçusundan Ordumuza dəstək Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev son vaxtlar cəbhə xəttində baş verən hadisələrə biganə qalmayıb.
Futbol
979
1 Oktyabr , 2020 10:20
Millimizin sabiq hücumçusundan Ordumuza dəstək

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev son vaxtlar cəbhə xəttində baş verən hadisələrə biganə qalmayıb.

"Report" xəbər verir ki, veteran hücumçu "Facebook" səhifəsində paylaşım edərək Ordumuza dəstək olub.

Paylaşımda bu sözlər yazılıb: "Biz hamımız birləşərək, bir nöqtəyə vuraraq, Azərbaycanın işğal edilmiş torpaqlarını erməni faşistlərindən azad edəcəyik"!

Qeyd edək ki, Azərbaycan millisində 35 oyun keçirmiş Vadim Vasilyev 2 qol vurub. O, karyerası ərzində "Neftçi", "Qarabağ", "Bakı", "Olimpik" və "Karvan" kimi komandaların da formasını geyinib.

Son xəbərlər

Orphus sistemi